Bloomberg: Rusiya nefti olan köhnə tanker Hindistan limanına buraxılmayıbbackend

Bloomberg: Rusiya nefti olan köhnə tanker Hindistan limanına buraxılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın kölgə donanmasının bir hissəsi olduğu güman edilən neft daşıyan Honduras bayraqlı “Andaman Skies” tankerinə yük boşaltmaq üçün Hindistanın Vadinar limanına buraxılmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, yük dövlətə məxsus Indian Oil şirkəti üçün nəzərdə tutulub. Gəmi fevralın 24-də Murmanskda yüklənib və yükü martın 30-da alıcıya çatdırmalı idi. Girişin bağlanmasına səbəb lazımi sənədlərin olmaması olub.

Agentlik aydınlaşdırır ki, Hindistan tərəfinin qaydalarına əsasən, neft daşıyan tankerin limana daxil olması üçün yaşı 20 ildən çox olmamalıdır. Gəmilər limana yalnız müvafiq səlahiyyəti olan şirkət tərəfindən verilmiş xüsusi sertifikata malik olduqda icazə verilir.