ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni və keçmiş müşaviri Jared Kuşner tərəfindən təsis edilmiş “Affinity Partners” investisiya şirkəti Belqradda keçmiş Yuqoslaviya Müdafiə Nazirliyinin binasının yerində otel tikəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Noyabr ayında Serbiya hökuməti NATO-nun bombardmanları zamanı zədələnmiş Baş Qərargah və Müdafiə Nazirliyinin dağıdılmış binalarının artıq mədəni irs obyektləri sayılmayacağını bəyan edib. Bu qərar ərazini xarici investorlar, o cümlədən ABŞ-dan olan investorların inkişafı üçün açmağa imkan verib.
Agentliyin məlumatına görə, “Affinity Partners” və əmirlik milyarderi Mohamed Alabbar Serbiyanın paytaxtında keçmiş nazirlik binasının yerində mənzilləri olan lüks otel kompleksi tikmək niyyətindədir. Kuşner müsahibəsində bu layihənin Belqrada əlavə prestij qazandıracağını vurğulayıb.