Bloomberg: Ukrayna ABŞ-dan kömürün ilk partiyasını alıbbackend

Bloomberg: Ukrayna ABŞ-dan kömürün ilk partiyasını alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Pokrovskda bu resursun hasilatının dayandırılmasından sonra ABŞ-dan ilk kömür partiyasını alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Partiyanın ölçüsü 80 min ton təşkil edib. Təchizatçı qismində Ukraynanın “Metinvest” mədən-metallurgiya şirkətlər qrupunun amerikalı “qızı” United Coal Company MMC çıxış edib.

“Kokslaşan kömür idxalı yerli ekvivalentindən baha olsa da, logistika baxımından bu, Ukrayna iqtisadiyyatına kömək etmək yolunda mühüm addımdır”, – deyə “Metinvesta” rəhbəri Aleksandr Rıjenkov qeyd edib.

Alınan kömür “Zaporojstal” və “Kamet Steel” zavodlarının təchizatı üçün istifadə olunacaq.