BMT 2023-cü ilin oktyabrından bəri Livanda 240-dan çox tibb işçisinin öldüyünü açıqlayıbbackend

BMT 2023-cü ilin oktyabrından bəri Livanda 240-dan çox tibb işçisinin öldüyünü açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ilə şiə “Hizbullah” qruplaşması arasında ötən ilin oktyabrında başlayan döyüşlər nəticəsində Livanda ən azı 241 tibb işçisi həlak olub.

NOCOMMENT.az xəbər verir ki, belə məlumatlar BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsinin (OCHA) Livandakı hesabatında verilib.

Bildirilir ki, 2023-cü il oktyabrın 8-dən indiyədək səhiyyə müəssisələrinə qarşı 158 hücum olub, nəticədə 241 tibb işçisi həlak olub, 292 nəfər isə peşə vəzifələrini yerinə yetirərkən yaralanıb.

Hesabatda qeyd olunur ki, ötən ilin oktyabr ayından Livanda 76 ilkin səhiyyə mərkəzi və dispanser bağlanıb. Yeddi xəstəxananın da işi dayandırılıb, daha yeddisi qismən işləyir.