BMT: 34 milyon əfqan yoxsulluq içində yaşayırbackend

BMT: 34 milyon əfqan yoxsulluq içində yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Taliban hakimiyyəti altında olan 34 milyon əfqanın yoxsulluq içində yaşadığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, BMT-nin nəzdində fəaliyyət göstərən İnkişaf Proqramı (BMTİP) son bəyanatında ABŞ və müttəfiqlərinin Talibanın nəzarəti ələ keçirməsindən sonra təhlükəsizlik məqsədilə ölkədən çəkilməsindən sonra humanitar yardımın sürətlə azaldığı barədə xəbərdarlıq edib.

Əfqanıstan əhalisinin 40 milyon nəfər olduğu hesablandıqda, yoxsulluq içində yaşayanların sayının ölkə əhalisinin 85%-nə uyğun olduğuna diqqət çəkilib.

ABŞ və koalisiyaya daxil olan ölkələrin bu ölkədən çıxmasına qədər aclıq içində yaşayan insanların sayının 15 milyon olduğunu xatırladan BMTİP-in bəyanatında bu rəqəmin qısa zamanda 34 milyona yüksəlməsinin ciddi narahatlıq yaratdığını bildirilib.

NOCOMMENT.AZ