BMT agentlikləri Ermənistanın Azərbaycana vurduğu zərəri hesablayırbackend

BMT agentlikləri Ermənistanın Azərbaycana vurduğu zərəri hesablayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT agentliklərinin mütəxəssislərindən ibarət əlaqələndirilmiş qiymətləndirmə missiyasının Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarına dördgünlük səfəri başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, missiya BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin İnkişaf Proqramı, UNİCEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrindən ibarət olub.

Missiya üzvləri Bərdə, Ağdam və Ağcabədi rayonlarında icra hakimiyyətlərinin başçıları ilə görüşüblər, eləcə də müvəqqəti məcburi köçkünlər və münaqişədən əziyyət çəkən icmaların yaşadığı yerlərə baş çəkiblər. Onlar həmçinin mülki evlər və infrastruktura dəyən ziyanı qiymətləndirmək üçün münaqişə zonasının yaxınlığında yerləşən kənd və qəsəbələrə səfər ediblər.

Əsas ehtiyacları anlamağa imkan verən və hökumətin fəaliyyətlərini dəstəkləmək üçün müxtəlif sektorlarda müvafiq humanitar cavab mexanizmlərini planlaşdırmaq məqsədilə missiyanın nəticələrinə dair hesabat hazırlanacaq.