BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) Qəzza zolağına humanitar yardımın çatdırılmasının davamlı olaraq azaldığını qeyd edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Ofis bildirib ki, 2024-cü il dekabrın 1-dən 26-a qədər İsrail hakimiyyəti Qəzzaya müvəqqəti sığınacaqlar qurmağa cəmi 160 yük maşını dolusu çadır və materiallara icazə verib.
Agentlik qeyd edib ki, Qəzzadakı müharibəsi anklavın 2 milyon sakininin 90%-dən çoxunu köçkün vəziyyətinə salıb, onların əksəriyyəti temperaturun aşağı düşməsindən çox az qorunmanı təmin edən müvəqqəti çadırlarda sığınıblar.
Qəzzaya daxil olan humanitar yardım maşınlarının müharibədən əvvəl orta hesabla gündəlik 500 yük maşını olub.