BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin edibbackend

BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Şimali Makedoniya vətəndaşı Vladanka Andreyeva təyin olunub.

NOCOMMENT bu barədə diplomatik mənbələrə istinadən xəbər verir. Hazırkı rezident əlaqələndirici Qulam İsaqzainin səlahiyət müddəti bu ilin iyununda başa çatır.

İxtisasca həkim olan V.Andreyeva 2017-ci ildən Kambocada UNAİDS-in ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında çalışmış diplomat ingilis, serb və rus dillərini bilir.

report