BMT Baş Assambleyasında koronavirus təhlükəsibackend

BMT Baş Assambleyasında koronavirus təhlükəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ -ın Nyu -York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasına qatılan Braziliya Prezidenti Jair Bolsonaronu müşayiət edən Braziliya Səhiyyə naziri Marcelo Queiroqanın koronavirus testi müsbət çıxıb.

NOCOMMENT.az xəbər verir ki, səhiyyə naziri  sosial media hesabında etdiyi açıqlamada Covid-19-da yoluxduğunu və bütün təhlükəsizlik tədbirlərinə riayət edərək ABŞ-da karantinə alınacağını bildirib.

Səhiyyə naziri BMT binasında daima maska taxdığını və Braziliya prezidenti ilə gələn heyətin koronavirus test nəticələrinin neqativ olduğunu da qeyd edib.

Qeyd edək ki, Braziliyada epidemiyanın başlanmasından bu yana 21 milyon 247 min 94 yoluxma ,591 min 518 ölüm faktı qeydə alınıb.

Tərcümə: Jalə Bədirova