BMT Baş Katibi dini liderlәrә müraciәt edibbackend

BMT Baş Katibi dini liderlәrә müraciәt edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birlәşmiş Millәtlәr Tәşkilatının baş katibi Antonio Quterreş dini liderlәrә yeni növ koronavirusla mübarizә çәrçivәsindә çağırış edib.

NOCOMMENT.az xarici mətbuata istinadən bildirir ki, Antonio Quterreş yayımladığı video-mesajla dini liderlәrә müraciәt edib. O, atәşkәslә bağlı çağırışları dәstәklәyәn dini liderlәrә tәşәkkür edәrәk epidemiyaya qarşı aparılan mübarizәdә daha aktiv rol oynaya bilәcәklәrini söylәyib.

BMT-nin baş katibi dini liderlәrә ictimaiyyәtә artan zorakılıq, ksenofobiya və irqçilik mövzularında xəbərdarlıq etmәlәri ilә bağlı çağırış edib vә onları epidemiya zamanı qadın və qızlara qarşı artan zorakılığı qınamağa dәvәt edib.

Antonio Quterreş dini liderlərdən Ümumdünya Səhiyyə Təşkilatının sosial məsafə, gigiyena, ibadət, dini mərasimlər və cənazələr ilә bağlı müәyyәnlәşdirdiyi tәdbirlәrin hәyata keçirilmәsini dəstəkləmələrini istəyib. TRT Azərbaycan