BMT Baş katibi Əfqanıstandakı vəziyyətlə bağlı narahatlığını bildirdibackend

BMT Baş katibi Əfqanıstandakı vəziyyətlə bağlı narahatlığını bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın ən iri şəhər və rayonlarında güclü atışmalar nəticəsində mülki insanlar arasında ölüm hallarının artması böyük narahatlıq doğurur.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quttereşin xüsusi nümayəndəsi Sfefan Carrik keçirdiyi brifinqdə deyib. Baş katibin Qəndəhar və Heratda baş verənlərlə bağlı narahatlığını diqqətə çatdıran xüsusi nümayəndə bildirib ki, insan itkisi və yaralıların sayının çoxalması vəziyyətin kəskin hal aldığını göstərir.

Son məlumatlara görə, “Taliban” ölkənin 3-cü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin edib. Bundan əvvəl isə qruplaşmanın Qəndəharı ələ keçirdiyi deyilirdi. Hazırda ölkənin əksər bölgələrində “Taliban”la hökumət qüvvələri arasında güclü atışmalar gedir.

Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən “Taliban”la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.