BMT Baş katibi iki ölkəyə ÇAĞIRIŞ ETDİbackend

BMT Baş katibi iki ölkəyə ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antoniu Quterreş Qırğızıstan və Tacikistan liderlərinə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrik məlumat verib.

O bildirib ki, Baş katib liderləri sərhəddə atəşi dayandırmağa və tez bir zamanda dialoq aparmağa çağırıb.

BMT rəsmisi qeyd edib ki, tərəflər müraciət edəcəyi təqdirdə təşkilat Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır.

Xatırladaq ki, sentyabrın 14-dən başlayaraq Qırğızıstan-Tacikistan sərhədində ağır silahlardan istifadə olunmaqla toqquşmalar baş verib. Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, toqquşmalar nəticəsində 24 nəfər həlak olub, yaralananların sayı isə 121 nəfərə çatıb. Sentyabrın 16-da yerli vaxtla saat 16:00-dan etibarən tərəflər atəşkəs barədə razılığa gəlib, lakin atışmanın bundan sonra da davam etdiyinə dair xəbərlər yayılıb.