BMT-nin baş katibi Antonio Quterreş İsrail və HƏMAS arasında razılaşmanı alqışlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən Qəzza zolağında girovların azad edilməsi və atəşkəsin yaradılması haqqında razılaşmanın elanını alqışlayıram”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl İsrail ordusu Qəzza zolağından azad edilmiş girovları qəbul etmək üçün hazırlıqlara başladığını rəsmən elan edib.