BMT baş katibindən Ərdoğana TƏŞƏKKÜRbackend

BMT baş katibindən Ərdoğana TƏŞƏKKÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin uzadılmasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

“Prezident Ərdoğana və Türkiyə hökumətinə Qara Dəniz Taxıl Təşəbbüsündə BMT ilə koordinasiyada çalışdıqları üçün təşəkkür edirəm”, – Baş katib deyib.

Xatırladaq ki, Ərdoğan Ukraynadan taxıl məhsullarının daşınmasını nəzərdə tutan sazişin daha iki ay müddətinə uzadıldığını açıqlayıb. Məlumatı Rusiya Xarici İşlər Nazirliyi də təsdiq edib.