Birləşmiş Millətlər Təşkilatı (BMT) Moskva ilə Kiyev arasında sülhün bərqərar olmasına yönəlmiş istənilən təşəbbüsləri müsbət qiymətləndirir.
NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti-yə BMT baş katibinin mətbuat katibinin müavini Farhan Haq son Rusiya-Ukrayna danışıqlarını şərh edərkən deyib.
“Biz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, Baş Assambleya və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülhə nail olmaq üçün göstərilən bütün səyləri alqışlayırıq”, – deyə Farhan Haq bildirib.