BMT: Böyük Britaniya sığınacaq istəyən bütün uşaqları qorumalıdırbackend

BMT: Böyük Britaniya sığınacaq istəyən bütün uşaqları qorumalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Böyük Britaniyadan sığınacaq axtaran bütün uşaqları müdafiə etməyi və yetkinlik yaşına çatmayanların otellərdə müşayiəti olmadan yerləşdirilməsi praktikasından imtina etməyi xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, BMT ekspertləri bu barədə öz yazılı açıqlamalarında qeyd ediblər.

“Böyük Britaniyada müşayiət olunmayan qaçqın uşaqların yoxa çıxması və Böyük Britaniya daxilində oğurlanma riskinin yüksək olması ilə bağlı xəbərlərdən dərin narahatıq”deyə onlar bildiriblər.

İngiltərədə “Yerli hakimiyyət orqanlarının öhdəliyinə düşmək əvəzinə müşayiət olunmayan yetkinlik yaşına çatmayanları müvəqqəti mehmanxanalarda sığındırmaq”siyasətindən narahat olduqlarını da açıqlayıblar.

BMT-nin qeydlərinə görə, 2021-ci ilin iyun ayından bəri Böyük Britaniyada 4600 müşayiətsiz uşaq altı oteldə yerləşdirilib.

Bu uşaqlardan 440-nın itkin düşdüyü bildirilsə də, yanvarın 23-nə olan məlumata görə, əksəriyyəti alban olan 220 uşaqdan heç bir məlumat yoxdur.

NOCOMMENT.AZ