BMT – Bu il İranda 209 nəfər edam edilibbackend

BMT – Bu il İranda 209 nəfər edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu ilin əvvəlindən İranın 209 nəfəri edam etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, dünyada edam cəzasının ən çox tətbiq olunduğu ölkə olan İranda həftədə 10-dan çox adam edam edildiyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani İranın bu il ərzində 209 nəfəri edam etdiyini açıqlayıb.

O, vəziyyəti “fəlakət” kimi xarakterizə edərək, İranı edamları dayandırmağa çağırıb.

Məlumata görə edam edilənlərin əksəriyyətinin narkotiklə əlaqəli cinayətlərdən mühakimə olunduğunu qeyd edilib.

NOCOMMENT.AZ