BMT-dən Əfqanıstan üçün humanitar yardım konfransıbackend

BMT-dən Əfqanıstan üçün humanitar yardım konfransı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) sentyabrın 13 -də İsveçrənin Cenevrə şəhərində Əfqanıstanla bağlı humanitar konfrans keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.

Stefan Düjarrik BMT baş katibi Antonio Quterreşin də konfransda iştirak etmək üçün Cenevrəyə gedəcəyini bildirib.

Məlumata görə BMT -nin Əfqanıstanda humanitar yardımı davam etdirmək üçün 1,3 milyard dollarlıq maliyyə dəstəyinə ehtiyacı var, ancaq bu maliyyələşmənin yalnız 39 faizi bu günə qədər tamamlanıb.

BMT rəsmiləri hər üç Əfqanıstan vətəndaşından birinin növbəti yeməyinin haradan alacağını bilmədiyini söyləyir. 5 yaşdan kiçik Əfqanıstanlı uşaqların təxminən yarısı isə önümüzdəki 12 ay ərzində qida çatışmazlığı yaşaya bilər.

Qeyd edək ki, BMT -nin humanitar fəlakət riski ilə bağlı xəbərdarlıq etdiyi Əfqanıstanda 38 milyon insanın yardıma ehtiyacı var.