BMT-dən İsrailə ÇAĞIRIŞ – Sülhü pozacaq…backend

BMT-dən İsrailə ÇAĞIRIŞ – Sülhü pozacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsraili regional sülhü pozacaq addımlardan uzaq durmağa çağırırıq”.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT baş katibinin köməkçisi Xalid Xiari Təhlükəsizlik Şurasının İran konsulluğuna hücum edilməsi ilə bağlı təşkil edilən iclasında deyib.

Bildirib ki, diplomatik nümayəndəliklər toxunulmazdır və ora hücum beynəlxalq hüququn pozulmasını göstərir:

“Diplomatik və konsulluq binalarının, personalının toxunulmazlığına beynəlxalq hüquqa uyğun olaraq bütün hallarda hörmət edilməlidir. Üzv dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq hüquq normalarına uyğun olaraq hörmət edilməlidir”.