BMT-dən Kaxovka açıqlaması: 40 min insan təsirlənəcəkbackend

BMT-dən Kaxovka açıqlaması: 40 min insan təsirlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada Kaxovka bəndinin dağılmasından sonra 17 min adamın daşqından zərər çəkdiyini və bu rəqəmin 40 minə yüksələ biləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT-nin Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomezin moderatorluğu ilə keçirilən həftəlik mətbuat konfransında məlumat verilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu Kaxovka bəndinin dağılmasından sonra 60 kilometr uzaqlıqda yerləşən Xerson şəhərini, eləcə də bölgədəki yaşayış məntəqələrini su basmasının dəhşətli olduğunu bildirib.

“Ukrayna rəsmilərinin məlumatına görə, Xerson vilayətində 80 şəhər və kənd, həmçinin minlərlə hektar kənd təsərrüfatı sahəsi tam və ya qismən su altında qalıb. Ukrayna hökumətinin nəzarətində olan bölgədə daşqından təxminən 17 min adamın zərər çəkdiyi bildirilsə də, bunun təxminən 40 min nəfərə qədər arta biləcəyi bildirilir.” deyə o qeyd edib.

NOCOMMENT.AZ