Birləşmiş Millətlər Təşkilatı dağıdıcı daşqınların baş verdiyi Liviyaya təcili yardım fondu üçün 10 milyon dollar ayırdığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş katibin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths açıqlama verib.
“Bütün məhəllələr (selin baş verdiyi ərazidə) xəritədən silinib. Minlərlə insan öldü, on minlərlə insan indi evsiz qalıb və daha bir çoxunun taleyi məlum deyil”.
Liviyalılara yardım və dəstək vermək üçün mübarizə apardıqlarını ifadə edən Griffiths, axtarış-xilasetmə qrupları, həkimlər və yardım materialları göndərərək cəld hərəkətə keçən Liviyanın qonşularına və digər ölkələrə təşəkkür etdi.