BMT-dən Qarabağ razılaşmasına dair AÇIQLAMAbackend

BMT-dən Qarabağ razılaşmasına dair AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması səylərinə görə Rusiyaya minnətdarlığını bildirir.

NOCOMMENT.az xəbər verir ki, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

S.Düjarrik deyib ki, BMT Baş katibi Antonio Quterreş razılaşmanın əldə edilməsini rahatlıq hissi ilə qarşılayıb:

“Rusiya hakimiyyətinə etdiklərinə görə çox minnətdarıq”.

Baş katibin nümayəndəsi BMT-nin diqqətinin “hər zaman həyatların qorunması və hərbi əməliyyatları dayandırmaq və humanitar keçidinə yönəldiyini” bildirib.