BMT-dən süni intellekt xəbərdarlığıbackend

BMT-dən süni intellekt xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş rəqəmsal məkanda nifrət və yalanın yayılmasının ciddi qlobal zərərə səbəb olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Quterreş hökumətləri, texnologiya şirkətlərini və digər maraqlı tərəfləri tədbir görməyə çağırıb.

Xüsusilə süni intellektlə bağlı xəbərdarlıq edən Quterreş BMT-nin rəqəmsal platformalarda informasiya bütövlüyü ilə bağlı dərc etdiyi hesabatın beynəlxalq reaksiya üçün çərçivə yaratdığına diqqət çəkib.

“Süni intellektin yaranması bizi rəqəmsal texnologiyanın artıq dünyamıza vurduğu zərərdən yayındırmamalıdır. Rəqəmsal məkanda nifrət və yalanın yayılması ciddi qlobal zərərə səbəb olur. Münaqişə, ölüm və məhvi alovlandırır. Demokratiyanı və insan haqlarını təhdid edir.” deyə o qeyd edib.

NOCOMMENT.AZ