BMT-dən ümumdünya su xəbərdarlığıbackend

BMT-dən ümumdünya su xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) həddən artıq istifadə və iqlim böhranı səbəbindən su böhranının an məsələsi olduğunu və yaxın gələcəkdə su qıtlığının yarana biləcəyi barədə xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, Bu gün Nyu-Yorkda başlayacaq və üç gün davam edəcək BMT-nin 1977-ci ildən bəri ilk böyük su sammitində minlərlə nümayəndə iştirak edir.

Sammitdən bir qədər əvvəl açıqlanan hesabatda dünyanın “vampir kimi su istehlak etdiyi, həddən artıq inkişaf etdiyi və kor-koranə təhlükəli yolda olduğu” bildirilib.

BMT-nin Baş katibi Antonio Quterres suyun “davamlı olmayan istifadə, çirklənmə və idarəolunmaz qlobal istiləşmə” səbəbindən tükəndiyini bildirib.

BMT-nin açıqladığı hesabatda həddindən artıq istifadə və çirklənmə səbəbiylə “qıtlığın epidemiyaya çevrildiyi”, qlobal istiləşmənin isə mövsümi qıtlıqları artırdığı barədə xəbərdarlıq edilib.

NOCOMMENT.AZ