BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaqbackend

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın koronavirus pandemiyasından əvvəlki vəziyyətə qayıda biləcəyi ağlabatan görünmür.

NOCOMMENT.az TASS-a stinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya “Pandemiya və inteqrasiya: təhlükə, yoxsa inkişaf amili?” adlı müzakirə zamanı bildirib.

“Əsas məsələ yeni vəziyyətin necə olacağıdır. Milliyətçilik, iqtisadi və sosial məsələlərdə yerli imkanlara arxalanmaq meylimi, yoxsa əməkdaşlıq və inteqrasiya meylimi üstün gələcək?”, – deyə sual verən BMT rəsmisi sonuncu ehtimalının gerçəkləşəcəyi qənaətindədir: “Tarixdən görürük ki, böyük təhlükələrdən sonra bəşəriyyət həmişə doğru qərarlar verib. Buna misal olaraq BMT və ya Avropa iqtisadi qurumlarının yaradılmasını çəkmək olar. Yəni qarşıda ümumi düşmən görəndə insanlar birləşməyə razı olur”.

Diplomatın fikrincə, hələ pandemiyadan xeyli əvvəl dünyanın qədəm qoyduğu “əsrlər ərzində bir dəfə baş verən” köklü dəyişiklik mərhələsi pandemiya nəticəsində daha da sürətlənib və insanlar bir-birindən nə qədər asılı olduqlarına bir daha əmin oldular.
Report