BMT İranı tərk edən əfqanıstanlıların sayını açıqlayıbbackend

BMT İranı tərk edən əfqanıstanlıların sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyun ayında 230 000-dən çox əfqanıstanlı İranı tərk edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə BMT Miqrasiya Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 1-28 iyun tarixləri arasında 233.941 nəfər əfqanıstanlı İranı tərk edib ki, onların əksəriyyəti deportasiya edilib.

Bundan əvvəl İran hökuməti ölkədə qeyri-qanuni olaraq məskunlaşan Əfqanıstan vətəndaşlarının öz ölkələrinə qayıtması üçün iyul ayının 6-a qədər möhlət vermişdi.