BMT Livan və İsrail sərhədindəki vəziyyətdən narahatlığını bildiribbackend

BMT Livan və İsrail sərhədindəki vəziyyətdən narahatlığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş Livan və İsrail sərhədindəki vəziyyətdən narahatlığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Baş katib Mavi xətt boyunca atışmaların sayının əhəmiyyətli dərəcədə artmasından dərin narahatdır. Bu hərəkətlər həm Livan, həm də İsrail əhalisini risk altında qoyur, həmçinin regional təhlükəsizlik və sabitliyi təhdid edir”, – deyə RİA Novosti onun sözlərini sitat gətirib.

Bundan əlavə, Quterreş İsrail və Livanı münaqişənin gərginliyini azaltmağa çağırıb.