BMT missiyasının Qarabağa göndərilməsi böyük əhəmiyyət kəsb edir – Piter Stanobackend

BMT missiyasının Qarabağa göndərilməsi böyük əhəmiyyət kəsb edir – Piter Stano

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın sentyabrın 19 və 20-də keçirdiyi hərbi əməliyyatlar və əvvəlki aylarda Laçın dəhlizinin bağlanması nəticəsində Qarabağ ermənilərinin kütləvi köçü müşahidə olunur. İnsanlar Dağlıq Qarabağdakı evlərini tərk edərək Ermənistana sığınır”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə cümə günü Avropa İttifaqının Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə baş sözçüsü Piter Stano bildirib.

Stanonun sözlərinə görə Qarabağda hələ də ehtiyacı olanlara davamlı humanitar dəstəyi təmin etmək vacibdir. “Avropa İttifaqı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yaralıların və xəstələrin təcili təxliyyəsi və sahədə təcili yardımın göstərilməsi üçün gördüyü işləri dəstəkləyir”.

Stano bildirib ki, Avropa Komissiyası Dağlıq Qarabağdan Ermənistana miqrasiya edənlərə və Qarabağda çətin vəziyyətdə qalan erməni əhaliyə kömək üçün 5 milyon avro məbləğində əlavə humanitar yardım paketi elan edib. “Aİ və Üzv Dövlətlər əlavə humanitar yardım göstərməyə hazırdırlar. Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini, o cümlədən onların öz evlərində qorxu və ayrı-seçkilik olmadan ləyaqətlə yaşamaq hüququnu və məcburi köçkünlərin geri qayıtmaq hüququnu təmin etmək üçün məsuliyyət daşıyır. Yaxın günlərdə BMT missiyasının bölgəyə göndərilməsi böyük əhəmiyyət kəsb edir”.