BMT-nin atəşkəslə bağlı qətnaməsi müharibəni sonlandıra biləcək?backend

BMT-nin atəşkəslə bağlı qətnaməsi müharibəni sonlandıra biləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməni təsdiqləyən səsverməsi əhəmiyyətlidir. Lakin bu, İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün simvolikdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Böhran Qrupunun analitiki Maya Unqar deyib.

Bildirib ki, İsrail hələ də Rəfaha qurudan müdaxilə edir və Qəzzanın dinc sakinləri əziyyyət çəkirlər:

“Bu vaxta qədər 11 səsvrmə olub və faktiki olaraq qəbul edilən dördüncü sənəddir. Beləliklə, hər iki tərəfi razılığa gətirmək üçün Misir, Qətər və ABŞ bilirsiniz ki, danışıqlar aparır. Düşünürəm ki, tərəflərin əslində atəşkəsə nail olmaq üçün razılaşdırılması lazım olan qırmızı xətləri var. Lakin HƏMAS-ın qətnamə ilə atəçkəs əldə etməyə razı olub-olmadıqları sual altındadır. Onlar bu qətnamənin simvolik olduğunu çox yaxşı bilirlər. Əslində bu vəziyyəti dəyişdirmir”.