BMT-nin baş katibi İranın İsrailə hücumunu pisləyibbackend

BMT-nin baş katibi İranın İsrailə hücumunu pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu pisləyib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, İsrailin İran tərəfindən məruz qaldığı genişmiqyaslı hücum şəklində eskalasiyanı qətiyyətlə pislədiyini vurğulayıb. Quterreş həmçinin hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

BMT-nin baş katibi Yaxın Şərqdə dağıdıcı eskalasiya təhlükəsindən təşvişə düşdüyünü vurğulayıb və münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.

Onun fikrincə, nə region, nə də dünya növbəti müharibəyə tab gətirə bilməz.

İsrail Müdafiə Qüvvələrinin (IDF) İranın İsrail istiqamətində atdığı 100-dən çox pilotsuz uçan aparatı aşkar etdiyi və izlədiyi bildirilir.

Bundan əvvəl İran İsrailə qarşı raket və pilotsuz təyyarələrin buraxılmasını rəsmən təsdiqləyib.