BMT-nin Qəzzaya dair qətnaməsi TƏSDİQLƏNİBbackend

BMT-nin Qəzzaya dair qətnaməsi TƏSDİQLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün BMT-nin Təhlükəsizlik Şurası Qəzzada dərhal atəşkəs və bütün girovların qeyd-şərtsiz azad edilməsini tələb edən qətnaməni təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, iclasda iştirak edən İsrail nümayəndəsi isə qətnamənin Təl-Əvivə qarşı qərəzli olduğuna diqqət çəkib:

“Bu hər kəsə aydın olmalıdır ki, HƏMAS diplomatik yollarla girovları azad etməkdən imtina etdikcə, hərbi əməliyyatdan başqa yol yoxdur. Təəssüf ki, Rusiyada və İrandakı terror hücumlarını qınadığınız halda, İsraildə baş verənlərə narahat olmursunuz. Bu şurada İsrail qanı ucuzdur. Bu, aldatmadır və biz bundan narahatıq”.

Onun sözlərinə görə, Şura İsrailə, Rusiya və Çinə davrandığı kimi davranmır.