BMT: Putin və Trampın görüşü üçün qərargahımız hazırdırbackend

BMT: Putin və Trampın görüşü üçün qərargahımız hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş katibinin müavini Stefani Tremble bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən qərargahı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş üçün platforma kimi təqdim oluna bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tremble qeyd edib ki, bu məsələ ilə bağlı hələlik heç bir rəsmi müraciət daxil olmayıb.

Onun sözlərinə görə, BMT-nin qapıları “həmişə dialoq üçün açıqdır”.

“Biz daim dialoqu təşviq edirik və ümid edirik ki, nəticədə BMT Nizamnaməsinə uyğun olaraq Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində irəliləyiş əldə olunacaq”, – deyə Tremble vurğulayıb.