Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağının əhalisinin 40 faizinin aclıq təhlükəsi ilə üzləşdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bunu UNRWA-nın direktoru Thomas White sosial media hesabında yazıb.
“Qəzzada hər gün yemək və su tapmaq üçün həyatda qalmaq üçün mübarizə gedir”.
“Qəzza zolağı fəlakətli aclıq yaşayır; əhalinin 40 faizi hazırda aclıq təhlükəsi ilə üz-üzədir. Həqiqət budur ki, Qəzzə xalqı üçün daha çox yardıma ehtiyacımız var və qalan yeganə ümid humanitar atəşkəsdir”.