BMT Qəzza zolağında daha altı işçisini itirdibackend

BMT Qəzza zolağında daha altı işçisini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (BAPOR,UNRWA) mətbuat xidməti Qəzza zolağında həlak olan BMT əməkdaşlarının sayının 35-ə yüksəldiyini bildirib.

“Oktyabrın 7-dən bəri BAPOR-un daha altı əməkdaşının öldürüldüyü təsdiqləndi” – təşkilatın açıqlamasında deyilir.

Həmçinin bildirilir ki,İsraildə qarşıdurmaların eskalasiyası başlayandan bəri son 24 saat ərzində ikisi də daxil olmaqla, ümumilikdə 40 UNRWA(BAPOR)obyekti zədələnib.

Bundan əlavə, agentliyin bildirdiyinə görə, Qəzza zolağı boyunca 600.000-ə yaxın qaçqın 150 BAPOR obyektinDə sığınır.