BMT Qəzza zolağının yenidən qurulması xərclərini hesablayıbbackend

BMT Qəzza zolağının yenidən qurulması xərclərini hesablayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionun bir çox yerlərində az qala yerlə-yeksan olmuş Qəzza zolağının bərpası üçün 30-40 milyard dollar xərcləməli olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT-nin Ərəb ölkələri üzrə İnkişaf Proqramının regional bürosunun rəhbəri Abdullah Əl-Dərdari bildirib.

“Beynəlxalq ictimaiyyət İkinci Dünya Müharibəsindən sonra heç vaxt belə bir miqyasla məşğul olmayıb”,- Əl-Dərdari deyib.

BMT nümayəndəsi izah edib ki, Qəzza zolağının bərpası imkanı yalnız regionda sabit atəşkəs əldə edildikdən sonra yaranacaq.