BMT Qəzzada 132 əməkdaşının öldürüldüyünü açıqlayıbbackend

BMT Qəzzada 132 əməkdaşının öldürüldüyünü açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi oktyabrın 7-dən İsrailin hücumları nəticəsində Qəzza zolağında 132 əməkdaşının həlak olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qurum açıqlama yayıb. 

Açıqlamada, dekabrın 5-də UNRWA-nın daha 2 əməkdaşının öldürülməsi ilə 7 oktyabrdan bəri İsrailin hücumları altında Qəzza zolağında həyatını itirən UNRWA işçilərinin sayının 132-yə yüksəldiyi bildirilib.

Açıqlamada Qəzza zolağında əhalinin 85 faizini təşkil edən 1,9 milyon fələstinlinin didərgin düşdüyü, dekabrın 5-dən etibarən isə 1,2 milyon qaçqın fələstinlinin Qəzza daxilində UNRWA-nın 155 obyektinə sığındığı qeyd edilib.