BMT: Qəzzada heç bir yer təhlükəsiz deyilbackend

BMT: Qəzzada heç bir yer təhlükəsiz deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada heç bir yerin təhlükəsiz olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Şamdasani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında davam edən İsrail-Fələstin münaqişəsi ilə bağlı qiymətləndirmələr edib.

“Qəzzada heç bir yer təhlükəsiz deyil” deyən nümayəndə, İsrailin sıx məskunlaşan bölgələrə hücumlarının mülki infrastruktura böyük ziyan vurduğunu və mülki vətəndaşların tələfatına səbəb olduğunu bildirərək, bu vəziyyətin beynəlxalq humanitar hüquqla uzlaşa bilməyəcəyini bildirib.