BMT Qəzzadakı qaçqın düşərgəsinə edilən hücumu kəskin şəkildə pisləyibbackend

BMT Qəzzadakı qaçqın düşərgəsinə edilən hücumu kəskin şəkildə pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qəzza zolağında Cəbəliyə qaçqın düşərgəsinə edilən hücum vəhşilikdir. Bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.

“Bu, döyüşlərin getdikcə daha dəhşətli humanitar nəticələri ilə daha dəhşətli mərhələyə qədəm qoyduğu Qəzza xalqının başına gələn ən son vəhşilikdir”, – deyə Qriffits yekunlaşdırıb.

Baş katibin müavini İsrailə iki günlük səfərə gəlib və işğal olunmuş Fələstin ərazilərinə baş çəkib.

Oktyabrın 31-də quru hücumundan əvvəl İsrail Ordusu (İDF) Qəzza zolağında əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biri olan Cəbəliyə qaçqın düşərgəsinə zərbələr endirib.