İsrail ordusunun işğalı altında olan Qəzzada 2 milyon insan aclıq və susuzluqla mübarizə apararkən, Misir sərhədindəki Rəfah qapısından Qəzzaya keçən humanitar yardım materialları hücumlar səbəbindən insanlara çata bilmir.
NOCOMMENT xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bu vəziyyətə üsyan etdi və “Bu bir neçə yük maşını küçələrdəki iki milyon insan üçün heç bir fərq etməyəcək qırıntılardan başqa bir şey deyil” dedi.
Dünən gecə müharibənin ən şiddətli vaxtlarından biri idi, çünki İsrail tərəfindən Qəzzaya intensiv bombardmanlar həyata keçirilib. İsrail ordusunun hücumlarından sonra Qəzzada bütün telefon və internet xidmətləri kəsilib. Bu səbəbdən Qəzzada 2 milyon insandan xəbər alınmasa da, dünyanın hər yerindən bu vəziyyətə reaksiyalar gəldi.