BMT qoşunlarını bu ərazidən çıxardıbackend

BMT qoşunlarını bu ərazidən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Millətlər Təşkilatının Sudandakı Missiyası öz qoşunlarının ölkədən çıxarılmasını başa çatdırıb”.

NOCOMMENT.az xəbər verir ki, Təşkilatın Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik belə deyib. Bildirib ki, martın 1-də başlayacaq Missiyanın ləğvi prosesinə nəzarət etmək üçün kiçik komanda Port Sudan şəhərində qalacaq.

Eyni zamanda, BMT Baş katibinin nümayəndəsi qeyd edib ki, təşkilat ölkəyə humanitar yardım göstərməyə davam edəcək. Sudan xalqının dinc və təhlükəsiz gələcək arzularına dəstək verəcək.