Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma, iki ay yarımdan çoxdur İsrailin hücumlarına məruz qalan Qəzzada mövcud vəziyyəti açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Touma “BBC Radio 4″ün “Today” proqramında İsrailin 7 oktyabrdan bəri intensiv hava, quru və dəniz bombardmanlarına məruz qalan Qəzzada vəziyyətlə bağlı danışıb.
“Qəzzada mövcud vəziyyət qorxuncdur. Əhalinin dörddə biri aclıqdan ölür”, – deyib
Qəzzada 600 minə yaxın insanın ciddi aclıqla mübarizə apardığına diqqət çəkən Touma bu vəziyyətin və blokadanın davam edəcəyini bildirib.
“İndi lazım olan humanitar atəşkəsdir və Qəzza Zolağına humanitar yardımın artırılması. Bu yaxınlarda mən orada olanda insanlar bu barədə danışırdılar. Onlar qorxur”.