BMT Sudanda humanitar ehtiyaclar üçün 2,6 milyard dollar lazım olduğunu açıqladıbackend

BMT Sudanda humanitar ehtiyaclar üçün 2,6 milyard dollar lazım olduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudandakı böhrandan zərər çəkənlərin humanitar ehtiyaclarını ödəmək üçün təxminən 2,6 milyard dollar maliyyə lazım olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında BMT-nin Humanitar Əlaqələndirmə Ofisi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Sudanda bu il may-oktyabr aylarını əhatə edən humanitar cavab planı və regional qaçqınlara cavab planı açıqlanıb.

Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrə Nümayəndəsi və Koordinasiya Bölməsinin direktoru Rameş Racasinqam Sudanda aprelin 15-də başlayan münaqişənin yüzlərlə insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olduğunu qeyd edib.

Yenidən işlənmiş yardım planı ilə 18 milyon insana çatmağı hədəflədiklərini ifadə edən Racasinqam bu il Sudandakı ehtiyacları qarşılamaq üçün təxminən 2,6 milyard dollar maliyyələşdirməyə ehtiyac olduğunu söyləyib.

NOCOMMENT.AZ