BMT: Taliban qadınların hüquqlarını məhdudlaşdırmağa davam edirbackend

BMT: Taliban qadınların hüquqlarını məhdudlaşdırmağa davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyasının (UNAMA) dərc etdiyi “Əfqanıstanda İnsan Haqlarının Vəziyyəti” adlı hesabatda Talibanın qadınların hüquqlarını məhdudlaşdıran qərarlar almağa davam etdiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, hesabat may-iyun ayları arasında qəbul edilən qərarları əhatə edib.

“Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) qadınların azadlığını və məşğulluqda iştirakını məhdudlaşdırmaq üçün de-fakto hakimiyyətin qərarlarını qeydə alıb”.

Hesabatda qadınların hüquqlarını məhdudlaşdıran addımlardan nümunələr gğstərilib:

“3 may 2023-cü il tarixində Səhiyyə Nazirliyi tibb ixtisası üzrə ixtisas hazırlığını davam etdirmək üçün yalnız kişi tibb fakültəsinin tələbələrinə “Əlavə imtahan”a buraxılacağını açıqlayıb.

İyunun 19-da Zorakılığın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinin əməkdaşları qadını çubuqla döyərək ictimai parkı tərk etməyi əmr ediblər.”

NOCOMMENT.AZ