BMT Təhlükəsizlik Şurası Dağıstanda törədilən terror aktlarını pisləyibbackend

BMT Təhlükəsizlik Şurası Dağıstanda törədilən terror aktlarını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası (TŞ) Dağıstanda törədilən terror aktlarını kəskin şəkildə pisləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının mətbuata yaydığı bəyanatda deyilir.

“BMT Təhlükəsizlik Şurasının üzvləri iyunun 24-də Dağıstanda törədilən iyrənc və qorxaq terror aktını qəti şəkildə pisləyiblər”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib.