BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib – İranın İsrailə hücumu…backend

BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib – İranın İsrailə hücumu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə fövqəladə iclas keçirib.

NOCOMMENT.az xəbər verir ki, İranın İsrailə hücumlarını müzakirə etmək üçün toplanan iclasda çıxış edən Baş katib Antoniu Quterreş Yaxın Şərqdə artan gərginliyin region və dünya üçün təhlükəli olduğuna diqqət çəkib.

O, tərəfləri maksimum təmkinli olmağa çağırıb. Bildirilib ki, BMT nizamnaməsi hər hansı bir ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hər hansı bir şəkildə güc tətbiq etməyi qadağan edir.

Quterreş İranın hava hücumları ilə regionda gərginliyi daha da artırmasını pisləyib.