BMT Təhlükəsizlik Şurasının strukturunda islahat aparılması barədə çağırış edildibackend

BMT Təhlükəsizlik Şurasının strukturunda islahat aparılması barədə çağırış edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden, həmçinin Hindistan, Yaponiya və Avstraliyanın baş nazirləri BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını tələb ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu məlumat QUAD formatında keçirilən görüşün yekunlarına dair birgə bəyanatda deyilir.

Sənəddə deyilir: “Biz BMT Təhlükəsizlik Şurasını daha nümayəndəli, əhatəli, şəffaf, effektiv, demokratik və hesabatlı etmək üçün təcili ehtiyac olduğunu dərk edərək, onu islahat edəcəyik”.

Birgə bəyanatdan belə çıxır ki, BMT Təhlükəsizlik Şurasında daimi və qeyri-daimi üzvlük kateqoriyalarının genişləndirilməsi yolu ilə təşkilatda islahatlar aparılacaq.

QUAD liderləri qeyd ediblər ki, daimi yerlərin genişləndirilməsi Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrindən olan nümayəndəlikləri əhatə etməlidir.