Ticarət müharibəsində heç kim qalib gələ bilməz.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik mətbuat konfransı zamanı bildirib.
“Ticarət müharibəsində qalib ola bilməz”, – o Vaşinqtonun tarif siyasətini şərh edərkən bildirib.
Düjarrik vurğulayıb ki, hazırda BMT mövcud vəziyyətin öhdəsindən gəlmək üçün lazımi hazırlıqdan məhrum olan “ən həssas ölkələr”dən narahatdır.