BMT TŞ Qəzza zolağına humanitar yardımla bağlı qətnamə qəbul edibbackend

BMT TŞ Qəzza zolağına humanitar yardımla bağlı qətnamə qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası (TŞ) İsrail və Fələstinin HƏMAS radikal qruplaşmasının Qəzza zolağına humanitar yardımın çatdırılmasına töhfə verməsini tələb edən qətnamə qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qətnamənin mətninə əsasən, dünya təşkilatının Təhlükəsizlik Şurası dərhal təhlükəsiz, maneəsiz və genişləndirilmiş humanitar çıxışın yaradılması, eləcə də hərbi əməliyyatların dayandırılması üçün şəraitin təmin edilməsi üçün operativ addımların atılmasını tələb edir.

Qətnamədə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası təşkilatın baş katibindən təcili olaraq Fələstin anklavına yardım, koordinasiya, izləmə, yoxlama, humanitar yardımın və çatdırılmasına nəzarət edəcək “baş humanitar koordinator” seçməyi xahiş edir. Qətnamədə həmçinin bölgəyə yanacaq tədarükünün təmin edilməsi və bütün girovların tezliklə azad edilməsi tələb olunur.