BMT: Türkiyə hökumətinə təşəkkür edirikbackend

BMT: Türkiyə hökumətinə təşəkkür edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qriffits Qara Dəniz Taxıl Təşəbbüsü üçün göstərdiyi “səy, enerji və qətiyyətə” görə Türkiyə hökumətinə minnətdarlığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Qriffits BMT Təhlükəsizlik Şurasının sessiyasında Ukraynadakı humanitar vəziyyətlə bağlı çıxış edib.

O, Ukraynanın sərt qışdan çıxdığını, ölkədə mülki itkilərin son aylarda ən yüksək həddə çatdığını bəyan edib.

Qriffits BMT İnsan Hüquqları üzrə Ali Komissarının məlumatına görə, 24 fevral 2022-ci ildən bu yana mülki itkilərin sayının 23 min 600-ə çatdığına diqqət çəkib.

Martin Qriffits taxıl təşəbbüsü haqqında da çıxış edib.

Təşəbbüsün irəli sürülməsində də mühüm rol oynayan Türkiyənin İstanbulda son danışıqlara ev sahibliyi etdiyini xatırladan Qriffits “Türkiyə hökumətinə göstərdiyi səylərə, enerjiyə və bu təşəbbüsü davam etdirmək əzminə görə təşəkkür etmək istəyirəm” ifadələrini səsləndirib.

NOCOMMENT.AZ