BMT Ukraynada rusdillilərin saxlanmasına münasibət bildiribbackend

BMT Ukraynada rusdillilərin saxlanmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Ukraynada rusdillilərin hüquqlarının pozulması ilə bağlı vəziyyəti diqqətlə izləyir.

NOCOMMENT.az xəbər verir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Elizabet Trossel RİA Novosti-nin Ukraynada rus dilində danışan və rus musiqisini dinləyən şəxslərin saxlanması və cərimələnməsinə münasibət bildirmək xahişinə cavab olaraq bildirib.

“Bildiyiniz kimi, biz Ukraynanın hər yerində ifadə azadlığı və ayrı-seçkilik, o cümlədən dil əsasında pozuntuların davamlı monitorinqini həyata keçiririk. Biz bu məsələlərlə bağlı məlumatları müntəzəm olaraq ictimai hesabatlarımızda açıqlayırıq”, – Trossel deyib.

O, xüsusilə qeyd edib ki, BMT Ukraynadakı milli azlıqlar haqqında qanundan, eləcə də Krımda ukrayna dilində təhsilin əlçatanlığının azalmasından narahatdır.